AZ

Məşhur aktrisa vəfat etdi

Türk kinosunun unudulmaz adlarından olan Meral Kurtulmuş 87 yaşında dünyasını dəyişib.

News24.az xəbər verir ki, Yeşilçam dönəmində iz buraxan aktrisalardan olan Kurtuluşun vəfat etməsi dərin kədər hissi yaradıb. 

Meral Kurtulmuş 1992-ci ildə dünyasını dəyişən ustad aktyor Cevat Kurtulmuşun həyat yoldaşı kimi də tanınırdı. Uzun illər səhnə və ekrandakı çıxışları ilə milyonların könlünü fəth etmişdi. Sənət karyerası boyunca çoxsaylı film və tamaşalara imza atan Kurtulmuş xüsusilə emosional rollardakı uğurları ilə yadda qalıb.

Karyerası boyunca 100-ə yaxın film çəkən sənətçi, xüsusilə ikinci dərəcəli rollardakı uğurlu performansı ilə türk kinosunun önəmli adlarından birinə çevrilib.

Günel Məlikzadə

Seçilən
3
news24.az

1Mənbələr