Qaynarinfo xəbər verir ki, bu sözlri Dmitri Peskov deyib.
Xatırladaq ki, bundan əvvəl Rusiya elan etmişdi ki, 7-dən 8 may gecəsi saat 00:00-dan başlayaraq 11 may saat 00:00-dək – Sovet-Alman müharibəsində Qələbənin 80 illiyi münasibətilə – Rusiya ordusu birtərəfli şəkildə atəşkəsə gedəcək, lakin ehtimal olunan hücumlara "uyğun cavab” vermək hüququnu saxlayacaq.
Bu addım Kreml tərəfindən Putinin "xoşməramlı jesti” kimi təqdim edilib. Putin əvvəlki açıqlamasında da sülh danışıqlarına "əvvəlcədən şərtlərsiz” hazır olduğunu bildirmişdi.
Ukrayna tərəfi isə bu təklifi tənqid etmişdi. Xarici işlər naziri Andrey Sibiqa atəşkəsin 8 mayadək gözlənilmədən dərhal tətbiq olunmasını təklif etmişdi. Prezident Zelenski isə 30 günlük "dərhal, tam və qeyd-şərtsiz” atəşkəs çağırışı etmiş və Putinin bu təklifini "növbəti manipulyasiya” adlandırmışdı: "O, bayram bitən kimi yenidən öldürməyə başlayacaq”, – deyə Zelenski bildirmişdi.