AZ

Rusiya və Ukrayna prinsipcə atəşkəs fikri ilə razılaşıbANKARA

Rusiya və Ukrayna prinsipcə atəşkəs fikri ilə razılaşıb.

Xezerxeber.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Antalyada NATO XİN rəhbərlərinin qeyri-formal görüşündən sonra brifinqdə deyib.

Nazir qeyd edib ki, hər iki tərəfin atəşkəs üçün fərqli fikirləri var: “Ukrayna tərəfi qeyd-şərtsiz atəşkəsin təminini istəyir, Rusiya tərəfinin də öz şərtləri var. Bunun müzakirəsi üçün tərəflər bir araya gəlməli, razılaşmadıqları məsələləri razılaşdırmalıdır. Bunun üçün ABŞ vasitəsilə başladılan Ukrayna-Rusiya müzakirələri müəyyən mərhələyə gəlib. Tərəflər artıq bir nöqtəyə gəlməyə çalışırlar. Bizim bu danışıqlara davam etməyimiz lazımdır. Məqsəd sülhə nail olmaqdırsa, hər iki tərəf müəyyən güzəştlər etməlidirlər. Vasitəçilərin üzərinə mühüm vəzifələr düşür. Bu məsələdə biz hər cür dəstəyi əvvəldən veririk və bundan sonra da verəcəyik”.

Hakan Fidan, eyni zamanda, ABŞ və Suriyadan olan həmkarları ilə üçtərəfli görüşdə hansı məsələləri müzakirə edəcəyini açıqlayıb. O bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın Tramp hakimiyyətə gələndən sonra qaldırdığı məsələlərdən biri də ABŞ-ın Suriyaya qarşı sanksiyaları ləğv etməsi idi: “Dünən Riadda ABŞ və Suriya prezidentlərinin görüşü, bir növ, həm tanışlıq xarakteri daşıyırdı, həm də ABŞ-ın Suriyaya qarşı sanksiyaları ləğv edəcəyini ən yüksək səviyyədə elan edilməsi idi. Bu bizim diplomatik səylərimizin nəticəsi oldu. Bunu davam etdirmək lazımdır. Bu gün biz ABŞ və Suriyadan olan həmkarlarımla üçtərəfli görüşümüzdə dünən liderlər səviyyəsində əldə olunan razılaşmaların praktik olaraq həyata keçirilməsi üçün nə edilməli olduğunu müzakirə edəcəyik. Qarşımızda olan yol xəritəsini incələyəcəyik. Sanskiyaların ləğvi ilə paralel Suriyada olan ABŞ əsgərləri ilə bağlı məsələni də müzakirə edəcəyik. ABŞ əsgərlərini bölgəyə gətirən səbəblər aradan qaldırılarsa, onlar Suriyadan problemsiz şəkildə ayrıla bilər.

Seçilən
0
50
xezerxeber.az

10Mənbələr