AZ

Naxçıvan İqtisadiyyat Nazirliyində istifadə edilən rəqəmsal yeniliklər təqdim olunub

Naxçıvanın İqtisadiyyat Nazirliyində Azərbaycan Respubliksının İqtisadiyyat Nazirliyində tətbiq edilən “DocNet” Elektron Sənəd Dövriyyəsi Sistemi yenilənərək 1-ci nəsildən 5-ci nəsilə yüksəldilib, Nazirliyin strukturuna daxil olan və daxil olmayan tabeli qurumları “DOCNET” elektron sənəd dövriyyəsi sisteminə inteqrasiya olunub. Bu sistem digər informasiya resurslarına inteqrasiya imkanları yaradacaq. İP telefoniya sisteminin qurulması başa çatdırılıb. 

Bunu Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov Hərracların Təşkili Mərkəzinin açılış mərasimində bildirib.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin formalaşdırdığı 3 mühüm informasiya sisteminə inteqrasiya olunub, 5 informasiya sisteminə  inteqrasiya istiqamətində işlər davam etdirilir.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminə (AVİS-1 və AVİS-2)  tam inteqrasiya olunub.

 

Seçilən
1
2
marja.az

3Mənbələr