AZ

Saatlı sakinlərinin problemləri: "Kanalizasiyanı təmizlətdirməkdən bezmişik" - VİDEO

 

Saatlı rayonunun Xalid Nəciyev küçəsinin sakinləri bir sıra problemlərdən əziyyət çəkirlər. Onların sözlərinə görə, ərazidə nə asfalt örtüyü, nə də kanalizasiya sistemi mövcuddur.

Bakıvaxtı.az Bizim media-ya istinadən xəbər verir ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini deyən sakinlər problemlərin həll olunmadığını söyləyirlər:

"Öz cibimizdən pul verib kanalizasiyanı təmizlətdirməkdən bezmişik. Kimə müraciət etsək, deyirlər bizlik deyil".

Sakinlər, həmçinin sahibsiz itlərin onların sərbəst hərəkətinə mane olmasından narazıdırlar:

"Küçədə itlərin sayı çoxdur, evimizə girirlər. Uşaqlarımız məktəbə gedə bilmirlər".

Daha ətraflı Baku TV-nin videomaterialında:

Seçilən
0
3
bakivaxti.az

4Mənbələr