Yeni yaradılan Qlobal Cənub QHT Platforması öz faydalı nəticələrini verəcək və Qlobal Cənubda təmsil olunan yüz milyonlarla insanın BMT-də daxil olmaqla müxtəlif beynəlxalq təşkilatlarda səsinə çevriləcək.
"Report" xəbər verir ki, bunu Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva Qlobal Cənub QHT Platformasının təsis konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, tədbir maraqlı müzakirələrlə yadda qaldı:
"İki gün ərzində Qlobal Cənub QHT-ləri iqlim dəyişiklikləri ilə mübarizədə QHT-lərin rolu, D-8 formatında QHT-lərin görüşü, eyni zamanda feyk xəbərlərlə mübarizə mövzularında müzakirələr aparıldı".
A.Əliyeva bu gün imzalanan iki tərəfli əməkdaşlıq memerondumları haqqında da danışıb:
"Agentlik Çin və Özbəkistan QHT-ləri ilə, Azərbaycanın digər yerli QHT-ləri isə yeddi xarici QHT ilə anlaşma memorandumları imzaladı. Bundan sonra da agentliyin Qlobal Cənub QHT-ləri ilə əlaqələri davam edəcək. Agentlik növbəti qrant müsabiqələrində Qlobal Cənubda fəaliyyət göstərən QHT-nın da təşəbbüs və ideyalarının dəstəklənməsi əsas prioritetlərdən biri kimi müəyyənləşəcək".