"İki günlük forum çərçivəsində Çin və Özbəkistan QHT-ləri ilə Azərbaycanın QHT-ləri arasında anlaşma memorandumları imzalanıb.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi bundan sonra da həm Qlobal Cənub, həm də Azərbaycanın yerli qeyri-hökumət təşkilatları ilə bu formatda əlaqələri davam etdirəcək".
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva deyib.
O təmsil etdiyi agentliyin Qlobal Cənub QHT-lərinə dəstəyi davam etdirəcəyini söyləyib:
"Tədbir maraqlı müzakirələrlə yadda qaldı. Qlobal Cənub QHT-ləri iqlim dəyişiklikləri ilə mübarizədə QHT-lərin rolu, D-8 formatında QHT-lərin görüşü, eyni zamanda feyk xəbərlərlə mübarizə mövzularında müzakirələr aparıldı. Artıq müzakirələrin son günündəyik. Bu gün iki tərəfli əməkdaşlıq memorandumları da imzalandı. Agentlik Çin və Özbəkistan QHT-ləri ilə Azərbaycanın digər yerli QHT-ləri isə yeddi xarici QHT ilə anlaşma memorandumları imzalandı. Agentlik növbəti qrant müsabiqələrində Qlobal Cənubda fəaliyyət göstərən QHT-nın da təşəbbüs və idealarının dəstəklənməsi əsas prioritetlərdən biri kimi müəyyənləşdirəcək. İnanıram ki yaradılan platforma öz faydalı nəticələrini verəcək və Qlobal Cənubda təmsil olunan yüz milyonlarla insanın BMT-də daxil olmaqla müxtəlif beynəlxalq təşkilatlarda səsinə çevriləcək".
Agentliyin rəhbəri Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçılarına müraciətinə də toxunub:
"Bu müraciət həm Azərbaycanın Qoşulmama Hərəkatına layiqli sədrliyinin davamı, həm də Azərbaycan vətəndaş cəmiyyətinə ölkə prezidentinin etimadı və inamı kimi qiymətləndirilməlidir".