AZ

100 milyonluq təklifi rədd etdi

Leroy Sane Səudiyyə Ərəbistanından gələn böyük təklifi rədd edib.

Msport.az xəbər verir ki, “Əl-İttihad” “Bavariya”nın vingerinə ümumi dəyəri 100 milyon avro olan 4 illik müqavilə təklif edib.

Lakin futbolçu bundan imtina edib. O, Münhen klubu ilə Çempionlar Liqasını qazanmaq istəyir. Həmçinin Almaniya Kubokunda da qalib gəlmək Sanenin əsas hədəfləri arasındadır.

Sane və “Bavariya” müqaviləni 3 il müddətinə uzatmaq barədə razılığa gəliblər. Sadəcə anlaşmanın strukturunu razılaşdırmaq qalır. Futbolçu illik 10 milyon avro maaş alacaq. Bonuslarla bu məbləğ 14-16 milyon avroya qədər arta bilər. Klubun 1-2 həftə ərzində sövdələşməni tamamlamaq planı var.

Qeyd edək ki, Leroy Sane cari Bundesliqada 27 oyun keçirib, 10 qol vurub, 4 məhsuldar ötürmə verib.

Seçilən
1
msport.az

1Mənbələr