Komitə sədri bildirib ki, yaş məhdudiyyəti gənclərə daha çox yol açılması üçün qoyulub: “Amma biz bunun alternativi yolu – daha çox iş yeri açmaq barədə düşünməliyik, nəinki yaşlı insanları məcburi işdən uzaqlaşdırmaqla. İqtisadiyyat Nazirliyimiz var, onlar hesablamalıdır ki, hər il əmək bazarına 100 min və daha çox gənc gəlir, biz onları daha yaxşı işlərə, daha yüksək maaşlı işlərə yerləşdirməliyik, nəinki sertifikasiya, yaş məhdudiyyəti kimi bəhanələrlə. Biz qəbullara gedirik, ölkədə orta ömür artır. İnsanlarımız sağlamlığı imkan verdiyi təqdirdə çalışmaq istəyir. Ona görə biz aktiv məşğulluq tədbirləri barədə düşünməliyik, nəinki məhdudiyyətlər haqqında…”
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta