AZ

Qlobal Cənub QHT Platformasının Təsis Forumunun ikinci günü keçirilib - FOTO - YENİLƏNİB

Qlobal Cənub QHT Platformasının Təsis Forumunun ikinci günündə D-8 ölkələrini təmsil edən qeyri-hökumət təşkilatlarının Bakı görüşü keçirilib.

APA xəbər verir ki, görüşdə Qlobal Cənubu təmsil edən qeyri-hökumət qurumlarının rəhbərliyi və nümayəndələri iştirak edib.

Türkiyəli iş adamı Hüseyn Büyükfırat Qarabağda əldə etdiyimiz qələbədə dövlətlə vətəndaş cəmiyyəti arasındakı həmrəyliyin böyük rolu olduğunu söyləyib:

"Bu gün Bakıda vətəndaş cəmiyyəti nümayəndələrinin bir araya gəlməsi bu baxımdan mühüm önəm daşıyır. Hesab edirəm ki, biz bundan sonra da hər iki dövlətin vətəndaş cəmiyyəti nümayəndələri arasında əməkdaşlığı daha da gücləndirməli və təşviq etməliyik".

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov isə Azərbaycanın Qarabağ zəfərindən sonra ictimai sferadakı birliyin önəmindən danışıb:

"Hesab edirəm ki, bu gün burada formalaşdırılan həmrəylik bütün iştirakçı ölkələrin ictimai birliklərini əhatə etməli, eləcə də ölkələr arasında təhsil, səhiyyə və digər sahələrdə əməkdaşlığın inkişafına xidmət etməlidir. Bu baxımdan Azərbaycan kimi dövlətlərin təhsil, səhiyyə və digər sahələrdə qazandığı təcrübəni kiçik ölkələrlə bölüşməsi vacibdir. Xüsusilə də Azərbaycanın Qarabağ zəfərindən sonra bu, çox önəmlidir. Xatırlayırsınızsa, BMT Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində 4 qətnamə qəbul etmişdi, lakin onların heç biri icra edilmədi. Mən hesab edirəm ki, bu gün Azərbaycanda ictimai təşkilatlar arasında olan ittifaq gələcək nəsillərə də ötürülməlidir".

Banqladeşin SETU Qeyri-Hökumət Təşkilatının rəhbəri Abdul Quader isə çıxışında bu mühüm tədbirin təşkilinə görə Azərbaycan Hökumətinə təşəkkür edib:

"Mən ürəkdən inanıram ki, bu günlərdə Bakıda keçirilən və yüksək səviyyədə təşkil olunan bu mühüm konfrans Qlobal Cənubu təmsil edən ictimai təşkilatların dünya ictimaiyyətinin bir parçası qismindəki mövqeyinin daha da gücləndirilməsinə dəstək verəcək. Mən təklif edərdim ki, qlobal aləmin təmsilçiləri bizim ölkələrlə ticarət əlaqələri qurmağa maraq göstərsinlər. Çünki bunun üçün böyük potensialımız mövcuddur. Sərhədlər dünyada sadəcə siyasi məqsəd daşıyır. Bəşəriyyət arasında, dünya ölkələri səviyyəsində heç bir sərhəd olmamalıdır".

Malayziyanın ictimai sektorunun təmsilçisi Muhammad Naufal Qlobal Cənub ölkələri əhalisinin bu tədbirdən önəmli təşəbbüslər gözlədiyini söyləyib:

"Həmin təşəbbüslər gələcək yönümlü olmalıdır. Ölkələrin siyasi-iqtisadi inkişafında inklüziv dialoqun, investisiyaların həcminin artırılmasının, eləcə də qeyri-hökumət təşkilatları tərəfindən irəli sürülən təşəbbüslərin mühüm rolu var. Hesab edirəm ki, bu təşəbbüslər artırılmalı və təşviq edilməlidir".

İnformasiya Texnologiyaları və Açıq Cəmiyyət Təşkilatının rəhbəri İrvan Nanda isə qlobal məcrada fəaliyyət göstərən qeyri-hökumət təşkilatları arasında əlaqələrin genişləndirilməsi üçün "yol xəritəsi" adlı sənədin qəbulunu zəruri sayıb:

"Texnologiyaların inkişaf etdiyi dövrdə bu amil ölkələr və insanlar arasında münasibətlərin genişləndirilməsinə əngəl olmamalıdır. Bu gün çox təəssüf ki, bəzi ölkələrdə hökumətlər ictimai təşkilatların mövqeyi və təkliflərin nəzərə alınmır. Bu gün texnologiyaların yaratdığı imkanlar sahəsində bir sıra qeyri-hökumət təşkilatları öz fəaliyyətini sosial media üzərindən daha da genişləndirir, beləliklə də elektron icmalar formalaşır. Hesab edirəm ki, qlobal səviyyədə qeyri-hökumət təşkilatları arasında əməkdaşlığı gücləndirmək üçün "yol xəritəsi"nin qəbul edilməsi zəruridir. Mən çıxışımın sonunda Azərbaycanın rəhbərliyinə də təşəkkür etmək istəyirəm ki, bizim öz problemlərimizi daha səmərəli müzakirə etməyimiz üçün şərait yaradıb".

Tədbir müzakirələrlə davam etdirilib.

10:37

Qlobal Cənub QHT Platformasının Təsis Forumunun ikinci günündə D-8 ölkələrini təmsil edən qeyri-hökumət təşkilatlarının Bakı görüşü keçirilir.

Qlobal Cənub nümayəndələrinin iştirakı ilə görüş keçirilib

APA xəbər verir ki, görüşdə Qlobal Cənubu təmsil edən qeyri-hökumət qurumlarının rəhbərliyi və nümayəndələri iştirak edir.

Bakı tədbiri dünya əhalisinin böyük hissəsini bir araya gətirib

Qeyd edək ki, aprelin 28-dən başlayan tədbir Bakıda dünya əhalisinin təxminən 80%-ə yaxın hissəsini eləcə də 116 ölkədən nüfuzlu QHT rəhbərlərini və vətəndaş cəmiyyəti təmsilçilərini özündə birləşdirir.

Qlobal Cənubun vətəndaş cəmiyyəti üçün əlamətdar konfrans

Konfrans Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini - dünya ölkələrinin üçdə iki hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında əlamətdar hadisə hesab edilir.

Qlobal Qlobal Qlobal Qlobal Qlobal
Seçilən
1
3
apa.az

4Mənbələr