AZ

Qlobal Cənub QHT Platforması çərçivəsində “Firavan Gələcək üçün D-8 Əməkdaşlığı" müzakirə olunub

Qlobal arenada fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatları (QHT) arasında əlaqələrin genişləndirilməsi üçün "yol xəritəsi" adlı sənədin qəbulu vacibdir.

Bunu İndoneziyanın İnformasiya Texnologiyaları və Açıq Cəmiyyət Təşkilatının rəhbəri İrvan Nanda Qlobal Cənub QHT Platformasının təsis forumu çərçivəsində baş tutan “Firavan Gələcək üçün D-8 Əməkdaşlığı" panel müzakirədə deyib.

O bildirib ki, bu gün bəzi ölkələrdə hökumətlər ictimai təşkilatların mövqeyi və təklifləri nəzərə alınmır:

"Bu gün texnologiyaların yaratdığı imkanlar sayəsində bir sıra qeyri-hökumət təşkilatları öz fəaliyyətlərini sosial media üzərindən daha da genişləndirir, beləliklə də elektron icmalar formalaşır. Hesab edirəm ki, qlobal səviyyədə qeyri-hökumət təşkilatları arasında əməkdaşlığı gücləndirmək üçün "yol xəritəsi"nin qəbul edilməsi zəruridir. Mən çıxışımın sonunda Azərbaycanın rəhbərliyinə də təşəkkür etmək istəyirəm ki, bizim öz problemlərimizi daha səmərəli müzakirə etməyimiz üçün şərait yaradıb".

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov isə Azərbaycanın Qarabağ zəfərindən sonra ictimai sferadakı birliyin önəmindən danışıb:

"Hesab edirəm ki, bu gün buradakı həmrəylik bütün iştirakçı ölkələrin ictimai birliklərini əhatə etməli, eləcə də ölkələr arasında təhsil, səhiyyə və digər sahələrdə əməkdaşlığın inkişafına xidmət etməlidir. Bu baxımdan, Azərbaycan kimi dövlətlərin təhsil, səhiyyə və digər sahələrdə qazandığı təcrübəni kiçik ölkələrlə bölüşməsi vacibdir. Xüsusilə də Azərbaycanın Qarabağ zəfərindən sonra bu, çox önəmlidir. Hesab edirəm ki, bu gün Azərbaycanda ictimai təşkilatlar arasında olan ittifaq gələcək nəsillərə də ötürülməlidir".

Banqladeşin SETU qeyri-hökumət təşkilatının rəhbəri Abdul Quader isə təmsilçiləri Banqladeş ilə ticarət əlaqələri qurmağa səsləyib:

Seçilən
0
3
aznews.az

4Mənbələr