AZ

Şəmkirdə 2 yaşlı uşaq ağcaqanad dərmanından zəhərlənərək ölüb

Şəmkirdə 2 yaşlı uşaq zəhərlənərək dünyasını dəyişib.

"Report"un Qərb bürosunun məlumatına görə, Şəmkir rayonu Mahmudlu kəndində 2 yaşlı oğlan uşağı valideynlərinin nəzarətindən yayınaraq ağcaqanadlar üçün nəzərdə tutulmuş zəhərli mayeni içib.

O, ağır vəziyyətdə xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
2
2
report.az

5Mənbələr