AZ

ABŞ Konqresi Trampa qarşı impiçment proseduruna başlayıb

Miçiqan konqresmeni Şri Tanedar ABŞ Nümayəndələr Palatasına prezident Donald Trampa qarşı impiçment maddələri təqdim edib...

Poliqon xəbər verir ki, Tanedar bu barədə X sosial şəbəkəsində yazıb.

"Mən prezident Trampa qarşı impiçment maddələri təqdim etmişəm. Tramp Konstitusiyaya, Konqresə və məhkəmələrə məhəl qoymayanda, o, Amerika üçün mübarizə aparmır. Amerikanı məhv edir və demokratiyamızı təhlükə altına qoyur", deyə konqresmen bildirib.

O, Trampı müxtəlif ciddi qanun pozuntularında ittiham edərək ona qarşı 7 impiçment maddəsi qaldırmasına aydınlıq gətirib. Xüsusilə, Tanedar Trampı Konqresin icazəsi olmadan Hökumətin Səmərəliliyi Departamenti (DOGE) vasitəsilə bəzi dövlət qurumları üçün maliyyəni qeyri-qanuni şəkildə kəsməkdə ittiham edib.

Tanedar impiçmentin başqa səbəbi kimi Trampın aqressiv tarif siyasətini hesab edir. Görünməmiş tariflər beynəlxalq iqtisadiyyata mənfi təsir göstərib. Konqresmen Trampın jurnalistlərə təzyiqi, söz azadlığına zəmanət verən ABŞ Konstitusiyasına Birinci Düzəlişin pozulması, rüşvətxorluq və məhkəmə sisteminin işinə müdaxilə, habelə vətəndaşların şəxsi məlumatlarının qanunsuz toplanması barədə də danışıb:

"Yeddiinci maddə hakimiyyətdən tirancasına sui-istifadədir. Tramp qeyri-məhdud hakimiyyəti cəmləşdirməyə və prezidentliyin konstitusiya hüdudlarını dağıtmağa çalışır. Bizdə krallar yox, prezidentlər var. Bu, sadəcə olaraq, pis əməl deyil - bir cinayətdir".

Poliqon.info

Seçilən
3
2
poliqon.info

3Mənbələr