AZ

Kanadada seçki - Hakim partiya öndədir

BAKI, 29 aprel, TELEQRAF

Kanadada keçirilən növbədənkənar seçkilərdə baş nazir Mark Karninin rəhbərlik etdiyi Liberal Partiyası öndədir.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası məlumatında qeyd olunur.

Hazırda liberallar Kanadanın 343 seçki dairəsindən 15-də, ana müxalifətdəki Mühafizəkarlar Partiyası isə cəmi 5-də öndədir. Digər partiyaların nümayəndələri hələlik heç bir mandat almayıblar.

Kanadada İcmalar Palatasına (parlamentin aşağı palatası) 45-ci seçki keçirilir. Mübarizə 343 mandat uğrundadır. Qalib partiyanın lideri ölkənin baş naziri olacaq.

Seçilən
12
teleqraf.com

1Mənbələr