“Kovar Prem” şirkətinin xeyli miqdarda vergi borcu var.
Valyuta.az xəbər verir ki, hazırda şirkətin vergi borcu 102 682.48 manat təşkil edir.
Qeyd edək ki,“Kovar Prem” şirkəti 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Ağalarov Mirələm Davud oğludur.
Açır mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir.
“Kovar Prem”in adı Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında passiv vergi ödəyicisi kimi qeyd edilib.
Hüseyn