AZ

"MY" braziliyalı hücumçu üçün 150 milyon avro təklif etməyə hazırdır

"Mançester Yunayted" yay transfer pəncərəsində heyətində əsaslı dəyişiklik etməyə hazırlaşır. 

90deqiqe.Az-ın "Todofichajes"ə istinadən verdiyi xəbərə görə, "qırmızı şeytanlar"ın hədəfi "Real Madrid"nin hücumçusu Rodriqodur.

"Mançester Yunayted" Rodriqo üçün 150 milyon avro təklif etməyə hazırdır və futbolçuya "Real Madrid"in ona ödədiyindən daha yüksək maaş təklif etməyi planlaşdırır.

Bundan əlavə, 24 yaşlı Rodriqo ilə İngiltərənin "Liverpul" və "Mançester Siti" klubları da maraqlanır. Braziliyalı forvard Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun da radarındadır.

"Real Madrid" isə Rodriqonu satmaq niyyətində deyil, lakin 150 milyon avroluq təkliflə klub bunu nəzərdən keçirə bilər.

Seçilən
0
29
90deqiqe.az

10Mənbələr