PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasında "Arsenal"a qarşı keçiriləcək oyun haqda fikirlərini bildirib.
90deqiqe.Az xəbər verir ki, "RMC Sport" ispan çalışdırıcının dediklərini belə çatdırıb.
“Arsenal" oynadığımız ən güclü komanda olubmu? Bunu dəqiq demək çətindir. Amma bir şey aydındır – onlar Avropanın ən yaxşı komandalarından biridir. Elə bizim kimi, bu da şübhəsizdir”
Rəqiblər aprelin 29-da Londonda keçiriləcək ilk oyunda qarşılaşacaqlar. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.