AZ

"Real" Leroy Sane üçün hərəkətə keçib

"Real Madrid" yay transfer dönəmində Leroy Saneni heyətinə qata bilər.

90deqiqe.Az-ın "Todofichajes"ə istinadən verdiyi xəbərə görə, alman futbolçunun nümayəndələri onun namizədliyini Madrid klubuna təklif ediblər. Hazırda Sane "Bavariya" ilə yeni müqavilə imzalamayıb və əgər bu vəziyyət dəyişməzsə, gələn yay azad agent statusu ilə komandadan ayrılacaq. Bu isə "Real Madrid"ə ulduz vingeri transfer haqqı ödəmədən heyətinə qatmaq imkanı yaradır.

Qeyd edək ki, daha əvvəl Almaniya mətbuatında "Bavariya"nın Saneyə yeni müqavilə təklif etdiyi və tərəflərin razılığa yaxın olduğu barədə xəbərlər yayılmışdı.

"Bavariya"dan əvvəl 29 yaşlı cinah oyunçusu İngiltərədə "Mançester Siti"də çıxış edib. Bu mövsüm Sane 42 oyun keçirib, 12 qol vurub və komanda yoldaşları üçün 5 məhsuldar ötürmə edib.

Seçilən
2
90deqiqe.az

1Mənbələr