AZ

Azərbaycan və Səudiyyə Ərəbistanı şirkətləri əczaçılıq və dənizçilik üzrə sənədlər imzaladı

BAKI, 28 aprel. TELEQRAF

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) təşəbbüsü ilə Azərbaycan və Səudiyyə Ərəbistanı şirkətləri əczaçılıq və dənizçilik üzrə sənədlər imzalayıb.

Teleqraf xəbər verir ki, bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, Ər-Riyadda iş adamlarının iştirakı ilə keçirilmiş Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 6-cı iclasında və dəyirmi masada investisiya və biznes imkanları müzakirə edilib.

Seçilən
3
teleqraf.com

1Mənbələr