BAKI, 28 aprel. TELEQRAF
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) təşəbbüsü ilə Azərbaycan və Səudiyyə Ərəbistanı şirkətləri əczaçılıq və dənizçilik üzrə sənədlər imzalayıb.
Teleqraf xəbər verir ki, bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, Ər-Riyadda iş adamlarının iştirakı ilə keçirilmiş Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 6-cı iclasında və dəyirmi masada investisiya və biznes imkanları müzakirə edilib.