“Mançester Siti”nin qapıçısı Ederson Səudiyyə Ərəbistanı klublarının yay pəncərəsində əsas transfer hədəflərindən biridir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fabrizio Romano məlumat yayıb.
Məlumata görə, 31 yaşlı qolkiperin yayda klubunu dəyişmək şansı yüksəkdir.
Ederson cari mövsümdə 33 oyun keçirib, 9 matçda qapısını toxunulmaz saxlayıb.