AZ

Ukrayna XİN: Rusiya sülh istəyirsə, dərhal atəşkəs elan etməlidir

BAKI, 28 aprel. TELEQRAF

Rusiyanın sülh istəyirsə, dərhal atəşkəs elan etməlidir.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqanın sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirilib.

Onun sözlərinə görə, atəşkəs üçün mayın 8-dək gözləməyə ehtiyac yoxdur: "Əgər indi atəş dayandırıla bilərsə və bu, ən azı 30 gün müddətinə davam edəcəksə, deməli bu, həqiqi atəşkəs olacaq və sadəcə bir parad üçün edilməyəcək. Ukrayna davamlı, möhkəm və tammiqyaslı atəşkəsi dəstəkləməyə hazırdır. Biz daim ən azı 30 günlük atəşkəs təklif edirik", - paylaşımda qeyd olunub.

Xatırladaq ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin Qələbənin 80-ci ildönümü günlərində atəşkəs elan edib.

Təklifə əsasən, 8 mayda başlayacaq atəşkəs 11 maya qədər qüvvədə qalacaq.

Seçilən
7
16
teleqraf.com

9Mənbələr