Bakı. Trend:
26 aprel 2025-ci il tarixində Future Shapers proqramının açılıştədbiri baş tutub. Artıq 4-cü dəfə təşkil olunan proqram istedadlıuniversitet tələbələrini və yeni məzunları aşkar etmək, onlarıninkişafına töhfə vermək, eləcə də gənclərə bazarda yaranan yenirollar barədə məlumat vermək məqsədini daşıyır.
Future Shapers-ın bu ilki əsas müvzuları data və analitika,informasiya texnologiyaları, məhsul mədəniyyəti və innovasiyamövzularıdır ki, tədbir zamanı bu mövzuları əhatə edən biliksessiyaları da həyata keçirilib. Tədbir zamanı, spiker qismindəPAŞA Holding-in və digər qurumların rəhbər şəxsləri öztəcrübələrini paylaşıb, texniki va rəqəmsal bacarıqlar sahəsindəbaş verən yeniliklər və fürsətlər barədə məlumat veriblər. Bununlayanaşı, tədbirdə PAŞA Holding və onun törəmə şirkətlərininnümayəndələri iştirakçılara PAŞA Qrupun baxışı, karyera və inkişafimkanları barədə məlumat verib, bazarda yaranan yeni rollar barədəbəhs ediblər.
Növbəti mərhələ olaraq iştirakçıları qabiliyyət imtahanı, eləcədə müasir dövrdə tələb olunan bacarıqların inkişafı üzrə biznessimulyasiyalar gözləyir. Uğurlu nəticə təqdim edən şəxslər PAŞAQrup şirkətlərinin istedadlar siyahısına da daxil olabiləcəklər.
Qeyd edək ki, proqram PAŞA Holding-in Öyrənmə və İnkişaf mərkəziolan PAŞA Hub tərəfindən təşkil olunur. PAŞA Hub yalnız PAŞA Qrupşirkətlərinin əməkdaşlarının inkişafına yönəlmiş deyil, eynizamanda ölkəmizin gənc kadrlarının inkişafına yönəlmiş proqramlarıntəşkilini nəzərdə tutur.