AZ

ABŞ və Ukrayna bu həftə iqtisadi saziş imzalaya bilər

ABŞ və Ukrayna iqtisadi tərəfdaşlığa dair çərçivə sazişi yaratmağa yaxındırlar.

“İki sahil” xəbər verir ki,  bu barədə "Financial Times" məlumat yayıb.

Yüksək səviyyəli Ukrayna rəsmisi bildirib ki, sənəd bu həftə imzalana bilər. ABŞ prezidenti Donald Tramp izah edib ki, iqtisadi razılaşma Vaşinqtona 2022-ci ilin fevralından Kiyevə yardım üçün köçürülən “milyardlarla dolları” geri qaytarmağa imkan verəcək.

FT mənbələri bildiriblər ki, yekunlaşmaqda olan çərçivə sazişi bütün mineral ehtiyatları, o cümlədən neft və qazı, həmçinin Ukraynanın əsas enerji aktivlərini əhatə edir. Bir gün əvvəl Ukraynanın baş naziri Denis Şmıxal bəyan etmişdi ki, ABŞ-la razılaşmaya əsasən, saziş imzalanmadan əvvəl Kiyevə verilən yardım borc öhdəliyi kimi sövdələşməyə daxil edilməyəcək.

Müqavilə Ukraynanın bərpası üçün investisiya fondunun yaradılmasını nəzərdə tutur. Kiyev dövlətin təbii ehtiyatlarının (neft, qaz, faydalı qazıntılar) gələcəkdə monetizasiyasından əldə olunan gəlirin 50%-ni bu fonda verəcək. NYT yazır ki, bu vəsaitlərin bir hissəsinin Ukraynanın mineral layihələrinə yenidən investisiya edilməsi planlaşdırılır. Müqavilənin mətni yekunlaşdıqdan sonra tərəflər onu imzalamalı və sonra parlamentdə ratifikasiya etməli olacaqlar.

Sazişin ilk variantının imzalanması fevral ayında Ağ Evdə Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında baş verən mübahisə səbəbindən geriyə düşüb. Ölkələrin nümayəndə heyətləri arasında aprelin 11-12-də keçirilən danışıqların raundu uğursuzluqla nəticələnib. Bununla belə, tərəflər tezliklə müqavilə bağlamaq niyyətini təsdiq edən memorandum imzalayıblar. Danışıqlar aparan qruplar aprelin 26-dək gedişat barədə hesabat verməli idilər.

Seçilən
7
48
ikisahil.az

10Mənbələr