TBİLİSİ, 28 aprel. TELEQRAF
Gürcüstanın müxalifyönlü “Mtavari arxi” (“Əsas kanal”) televiziya kanalı mayın 1-dən fəaliyyətini tam dayandıracaq.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bununla bağlı telekanalın əməkdaşları baş direktor Giorgi Qabuniyadan bu gün bildiriş alıblar.
Qeyd edək ki, “Mtavari arxi” 2019-cu ilin sentyabrından fəaliyyət göstərir. Telekanal bu ilin fevralından canlı yayımları dayandırıb, yalnız seriallar nümayiş etdirirdi. Buna media qurumunun üzləşdiyi ciddi maliyyə böhranı səbəb olub.