“Qarabağ”ın dünən “Sabah”la matçdan (1:1) sonra çempionluğu rəsmiləşib.
“Atlılar” Premyer Liqada sona 4 tur qalmış qızıl medalları təmin edib. Görüşdən sonra komandanın baş məşqçisi Qurban Qurbanov paltardəyişmə otağına gedib və futbolçuları təbrik edib. Klub tərəfindən paltardəyişmə otağından yayımlanan videoda Qurbanovun müdafiəçi Bəhlul Mustafazadə ilə görüşməməsi diqqət çəkib.
Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev “Futbolpress.az“a açıqlamasında məsələyə münasibət bildirdi. O, komanda daxilində atmosferin qaydasında olduğunu söylədi:
“Komandada problem yoxdur. Qurban Qurbanov bəzi işçilər və futbolçuları stadionda təbrik etmişdi. Ona görə ikinci dəfə paltardəyişmə otağında görüşməyib. Hansısa narahatedici məqam yoxdur. Komandada yüksək ab-hava var. Hər şey yüksək səviyyədədir və komanda bu gün artıq növbəti oyunun hazırlığına başlayacaq”.
Şahin Cəfərov