AZ

Parapauerliftinq üzrə Azərbaycan millisinin üzvləri Gürcüstanda toplanışa başlayıblar

Parapauerliftinq üzrə Azərbaycan millisi Gürcüstanda beynəlxalq təlim-məşq toplanışına başlayıb.

Bu barədə 90deqiqe.Az -a Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Yığma üzvləri Bakuriani şəhərində hazırlıq prosesində iştirak edirlər. Mayın 6-dək davam edəcək toplanışa 6 idmançı qatılıb.

Hazırlıq prosesinə Pərvin Məmmədov, Rəsul Zəkiyev, Şamo Aslanov, Talib Zeynalov, Zəhra Dadaşova ilə Leyla Kərimova cəlb ediliblər.

Toplanış mayın 6-13-ü aralığında Tbilisidə keçiriləcək Dünya Kubokuna hazırlıq xarakteri daşıyır.

Seçilən
4
4
90deqiqe.az

5Mənbələr