AZ

Braziliya nümayəndəsi: Yeni platforma Qlobal Cənubun ədalətsizliyə qarşı mübarizəsini zəruri edir

Yaradılan yeni platforma Qlobal Cənubun ədalətsizliyə qarşı mübarizəsini zəruri edir.

"Report" xəbər verir ki, bunu Braziliya Beynəlxalq Münasibətlər Elmi-Tədqiqat İnstitutunun direktoru Almir Lima Nascimento Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransında deyib.

Nümayəndə platformanın vacib regional və qlobal çətinlikləri qlobal təşəbbüslərlə həll yoluna aparacağına inandığını qeyd edib:

"Bu platformanın bu gün işə başlaması bizim üçün çox aktual və vacibdir. Hazırsa sosial və iqtisadi sahədə bir çox problemlərlə üz-üzəyik. Bu yeni platforma Qlobal Cənub çərçivəsində vahid bir cəbhə olaraq ədalətsizliyə, yoxsulluğa, bərabərsizliyə qarşı mübarizəni vacib edir".

O təmsil olunan nümayəndələr və ölkələrin Qlobal Cənub QHT Platformasında baş tutan müzakirələrdən faydalanmalı və nəticə çıxarmalı olduqlarını da vurğulayıb.

Seçilən
4
report.az

1Mənbələr