AZ

Misli Premyer Liqası: Tura Sumqayıtda yekun vurulacaq

Bakı, 28 aprel, AZƏRTAC

Bu gün Misli Premyer Liqasında XXXII tura yekun vurulacaq.

AZƏRTAC xəbər verir ki, bağlanış oyununda “Neftçi” Sumqayıtın eyniadlı komandasının qonağı olacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Görüşü baş hakim Fərid Hacıyev idarə edəcək.

Hazırda Bakı klubu 35 xalla 7-ci, “gənclik şəhəri” təmsilçisi isə 29 xalla 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Turan Tovuz” evdə “Şamaxı” ilə, “Səbail” “Araz-Naxçıvan”la, “Sabah” “Qarabağ”la 1:1 hesablı heç-heçə edib, “Zirə” isə səfərdə “Kəpəz”ə qalib gəlib.

Seçilən
1
4
azertag.az

6Mənbələr