AZ

Misli Premyer Liqası: "Neftçi" Sumqayıtda xal itirib

Bakı, 28 aprel, AZƏRTAC

Misli Premyer Liqasında XXXII tura yekun vurulub.

AZƏRTAC xəbər verir ki, bağlanış oyununda “Neftçi” Sumqayıtın eyniadlı komandasının qonağı olub. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Görüşü baş hakim Fərid Hacıyev idarə edib.

Bu nəticədən sonra Bakı klubu 36 xalla 6-cı, "kimyaçılar" isə 30 xalla 8-ci yerdə qərarlaşıb.

Turun əvvəlki oyunlarında “Turan Tovuz” evdə “Şamaxı” ilə, “Səbail” “Araz-Naxçıvan”la, “Sabah” “Qarabağ”la 1:1 hesablı heç-heçə edib, “Zirə” isə səfərdə “Kəpəz”ə qalib gəlib.

Seçilən
0
4
azertag.az

6Mənbələr