AZ

QHT-lərə Dövlət Dəstəyi Agentliyi Qlobal Cənubla bağlı layihələrə 13 milyon dollar vəsait ayırıb

Bakı.Trend:

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QlobalCənubu təmsil edən qeyri-hökumət təşkilatlarının 1000-dən çoxlayihəsinə 13 milyon dollar vəsait ayırıb.

Trend xəbərverir ki, bu sözləri Dövlət Agentliyinin icraçı direktoru AygünƏliyeva Bakıda keçirilən Qlobal Cənub Platformasının təsiskonfransı zamanı deyib.

O bildirib ki, rəhbəri olduğu qurum belə qurumlara dəstəyinidavam etdirmək niyyətindədir.

"Bugünkü tədbirdə təmsil olunan nümayəndələri həmrəylik dilibirləşdirir. Qlobal Cənub Konsepsiyası tək coğrafiyanı əhatə etmir.Bu, siyasi və sosial şəbəkələri də özündə birləşdirir.

Qlobal Cənub dövlətlərində yaşayan xalqların əksəriyyətiyoxsulluqla və müstəmləkə siyasəti ilə üzləşirlər. COP29tədbirlərində Azərbaycan Qlobal Cənub ölkələrinə də öz töhfəsiniverib”, - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün Bakıda dünya əhalisinin təxminən 80%-əyaxın hissəsini özündə birləşdirən 116 ölkədən nüfuzlu QHTrəhbərlərinin, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı iləQlobal Cənub QHT Platformasının təsis konfransı keçirilir. Butədbir Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini - dünyaölkələrinin üçdə iki hissəsini əhatə edən Qlobal Cənubun vətəndaşcəmiyyətinin həyatında əlamətdar hadisəsi hesab olunur.

Seçilən
3
1
az.trend.az

2Mənbələr