AZ

Bank sektoru ilə bağlı yeni göstəricilər açıqlandı

Mərkəzi Bank pul-kredit göstəriciləri ilə bağlı  yeni məlumatlar açıqlayıb.

Marja.az xəbər verir ki, Mərkəzi Bankın "Statistik bülleten - Mart 2025" hesabatında bildirilir.

Bank sektoru 

31 mart 2025-ci il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 491, şöbələrinin sayı 85, ATM-lərin sayı 3,290 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.5% və ya 121 nəfər artaraq 25,755 nəfər təşkil etmişdir. 

Fəaliyyətdə olan bankların cəmi aktivləri 54,855.6 mln. manat, cəmi öhdəlikləri 47,960.7 mln. manat, balans kapitalı 6,894.9 mln. manat olmuşdur. Mart ayında bankların aktivləri 2.4% (1,294 mln. manat), öhdəlikləri 2.6% (1,212.3 mln. manat), balans kapitalı isə 1.2% (81.7 mln. manat) artmışdır. 

Hesabat ayında bankların kredit portfeli 1% və ya 284.8 mln. manat artaraq 27,877.1 mln. manat olmuşdur. Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 53.6% (14,935 mln. manat); ıı) istehlak kreditləri – 30.9% (8,603.6 mln. manat) və ııı) ipoteka kreditləri – 15.5% (4,338.5 mln. manat). 

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.3 faiz bəndi azalaraq 1.6% təşkil etmişdir. 

Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 77.8%-i və ya 37,293.1 mln. manat. Depozit portfelinin 60.5%-i (22,549 mln. manat) hüquqi şəxslərin, 39.5%-i (14,744.1 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.

Fiziki şəxslərin əmanətlərinin 66.4%-i (9,785.1 mln. manat) milli valyutada, 33.6%-i (4,959 mln. manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 61.1%-i (9,009.3 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri mart ayında 2.3% və ya 204.7 mln. manat artmışdır. Hüquqi şəxslərin tələbli depozitləri 16,799.2 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 74.5%-ni təşkil etmişdir. 

Fiziki şəxslərin əmanətlərinin dollarlaşması 2025-ci ilin mart ayında ötən ilin müvafiq dövrünə nisbətən 2 faiz bəndi azalaraq 33.1% təşkil etmişdir. 

2025-ci ilin yanvar-mart aylarında banklar 253.3 mln. manat xalis mənfəət, 402.7 mln. manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Cari ilin I rübündə banklar tərəfindən ümumilikdə 61.7 mln. manat məbləğində mənfəət vergisi ödənilmişdir.

Monetar sektor

Cari ilin mart ayında manatla geniş mənada pul kütləsi (M2) keçən ilin müvafiq dövrünə nəzərən 3.2% artaraq 35,559.1 mln. manat təşkil etmişdir.

Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 97.9 mln. manat artaraq 2,683.3 mln. manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyi-rezident hüquqi şəxslərin cari hesablarının həcmindəki artım ilə əlaqədardır. Ödənişlər sektoru

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə mart ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 221 min ədəd artaraq 20 milyon 460 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17.4% artmışdır. Ödəniş kartlarında artım debet kartları üzrə 20.1%, kredit kartları üzrə 0.01% təşkil etmişdir. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.2 dəfə artmışdır. 2025-ci ilin mart ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6,562 mln. manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 5,668 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 890 mln. manatı POS-terminallar, 2.5 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67%-ni təşkil etmişdir.

Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin mart ayının sonu ilə müqayisədə bankomatların sayı 7%, POS-terminalların sayı 38% artmışdır

Seçilən
5
6
marja.az

10Mənbələr