AZ

Bəzi rayonlarda külək əsir, arabir şimşək çaxır — FAKTİKİ HAVA

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Aprelin 27-si saat 20:00-a olan məlumata əsasən, Yardımlı, Neftçala, Lənkəran, Astara, Şabran, Quba və Qusarda arabir şimşək çaxır, yağış yağır.

Saat 15:45-də Yardımlıda xırda ölçülü dolu düşüb.

Hazırda bir sıra ərazilərdə qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Neftçalada 20, Goranboyda 19, Naftalanda 18, Göyçayda 16, Şəkidə 15 m/s-yə çatır.

Seçilən
4
3
demokrat.az

4Mənbələr