AZ

Türkiyədə mikroavtobus aşdı, 22 nəfər xəsarət aldı

BAKI, 27 aprel. TELEQRAF

Türkiyədə ağır yol qəzası baş verib.

Teleqraf “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Elazığda mikroavtobusun aşması nəticəsində 22 nəfər xəsarət alıb.

Hadisə Elazığ-Diyarbəkir yolunun 45-ci kilometrliyində qeydə alınıb. Avtobus idarəetmədən çıxaraq qarşı zolağa keçərək aşıb.

Yaralılar təcili yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara aparılıb.

Seçilən
9
teleqraf.com

1Mənbələr