AZ

İranda partlayış nəticəsində ölənlərin sayı 28-ə çatıb

İranda limanda partlayış nəticəsində ölənlərin sayı 28-ə çatıb, 1139 nəfər yaralanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Qeyd edilib ki, 6 nəfər itkin düşüb.

11:54

İranın cənubundakı Bəndər-Abbas şəhərinin Şəhid Rəcai dəniz limanında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 25-ə çatıb.

Xezerxeber.az “Fars”a istinadən xəbər verir ki, bu barədə aprelin 27-də ostan məhkəmə sisteminin rəhbəri Müctəba Kahremani məlumat yayıb.

“Faciəli hadisə 25 nəfərin həyatına son qoyub”, – o söyləyib.

İranın daxili işlər naziri İskəndər Momeni öz növbəsində qeyd edib ki, limanda yanğın 80 % lokallaşdırılıb. Onun sözlərinə görə, bu istiqamətdə işlər yaxın saatlarda başa çatdırılmalıdır.

Seçilən
54
4
xezerxeber.az

8Mənbələr