AZ

Azərbaycan Dünya Badminton Federasiyasının ali orqanında təmsil olunacaq

Azərbaycan Badminton Federasiyasının Prezidenti Taleh Ziyadov 4 il müddətinə Avropa qitəsindən Şuraya üzv seçilib.

Bu gün Çinin Siamen şəhərində Dünya Badminton Federasiyasının (BWF) 86-cı illik ümumi yığıncağı keçirilib.

Operativ Media xəbər verir ki, 143 ölkədən nümayəndə heyətinin qatıldığı iclasda 2025-2029-cu illər üçün BWF prezidenti və ali idarəedici orqanı sayılan Şuraya və eyni zamanda İcraiyyə Komitəsinə seçkilər keçirilib. 

Dünya Badminton Federasiyasının prezidenti vəzifəsinə Tailand Badminton Federasiyasının rəhbəri Khunyinq Patama Lisvadtrakul seçilib. Azərbaycan Badminton Federasiyasının Prezidenti Taleh Ziyadov 4 il müddətinə Avropa qitəsindən Şuraya üzv seçilib. 

Qeyd edək ki, idman tariximizdə ilk dəfədir ki, nümayəndəmiz bu qurumun rəhbər orqanına seçilir.

Seçilən
14
18
operativmedia.az

10Mənbələr