AZ

Azərbaycan Badminton Federasiyası BWF İnklüziv 2025 mükafatına layiq görülüb

Azərbaycan Badminton Federasiyası (ABF) üçün tarixi hadisə baş verib.

İdman.biz xəbər verir ki, ABF Dünya Badminton Federasiyasının Şurasına qoşulub.

Çinin Siamen şəhərində keçirilən Dünya Badminton Federasiyasının 86-cı illik Baş Toplantısında Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov Dünya Badminton Federasiyası Şurasına Avropadan 4 il müddətinə üzv seçilib. 143 ölkə, 744 milyon badminton azarkeşi və 400 milyon badminton oyunçusunu təmsil edən qurumun İllik Toplantısında tailandlı Kunyinq Patama Lisvadtrakul isə 4 il müddətinə quruma prezident seçilib.

Taleh Ziyadov bildirib ki, Dünya Badminton Federasiyası Şurasında Azərbaycanın rolu ölkədə badmintonun inkişafına böyük töhfə verəcək.

Azərbaycan Dünya Badminton Federasiyası reytinqində 85-ci pillədən 46-cı pilləyə yüksəlib. Azərbaycan beynəlxalq badminton tədbirlərinə - 2023-cü ildə Avropa Badminton Konfederasiyasının Konqresi və 2025-ci ildə qarışıq komandaların Avropa çempionatına yüksək səviyyədə ev sahibliyi edib. Azərbaycan Badminton Federasiyası dünya badmintonun inkişafına və təbliğatına ciddi dəstək verir. "Shuttle Time" kimi proqramlara töhfə verən Azərbaycan Badminton Federasiyası Botsvana, Cibuti, Kamerun, Qambiya və Madaqaskarı badmintonun təbliğinə dəstək məqsədilə badminton avadanlıqları - raketka və volanla təmin edib.

Afrikada badmintonun inkişafına böyük dəstək verən Azərbaycan Badminton Federasiyası Dünya Badminton Federasiyasının illik Baş Toplantısında BWF İnklüziv 2025 mükafatına layiq görülüb. 1962-ci ildə təsis olunan Azərbaycan Badminton Federasiyası beynəlxalq turnirlər, inkişaf proqramları və strateji tərəfdaşlıqla dünya badmintonun ailəsinin ən fəal üzvlərindən birinə çevrilib.

İdman.biz

Seçilən
0
7
idman.biz

10Mənbələr