Milli Məclisin deputatı İlham Məmmədov və YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev Yevlax rayon Mərkəzi Xəstəxanasında səhhətində yaranmış problemlə əlaqədar müalicə olunan, 44 günlük Vətən müharibəsinin şəhidi Nicat Nüşrəvan oğlu Quliyevin atası Nüşrəvan Quliyevin səhhəti ilə maraqlanaraq, ona Allahdan şəfa diləyiblər.
Newscenter.az xəbər verir ki, sonra Vətən müharibəsi şəhidi Rüstəmov Emin Səid oğlunun atası Səid Rüstəmov yaşadığı ünvanda ziyarət olunub, ailənin qayğıları iləı maraqlanılıb.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident,Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıq hissini ifadə ediblər.
Süleyman