BAKI, 26 aprel. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla bu gün keçirilən görüşü ilə bağlı paylaşım edib.
Teleqraf xəbər verir ki,bu barədə Volodimir Zelenski “X” hesabında paylaşım edib.
“Görüş yaxşı keçdi. Bir çox məsələni təkbətək müzakirə etdik. Ümid edirəm ki, toxunduğumuz bütün mövzular üzrə nəticələr əldə olunacaq. Əsas məqsədimiz xalqımızın həyatını qorumaqdır. Tam və qeyd-şərtsiz atəşkəs, yeni müharibənin qarşısını alacaq etibarlı və davamlı sülhə nail olmaq istəyirik. Bu görüş çox simvolikdir və əgər birgə nəticələr əldə edə bilsək, tarixi əhəmiyyət daşıya bilər. Təşəkkür edirəm, Donald Tramp,” – paylaşımda deyilir.