AZ

İranda limanda partlayış zamanı yaralananların sayı 281 nəfərə çatıb



İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında əsas ofisdə partlayış olub.

Newscenter.az-ın məlumatına görə, “Report” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə Hörmüzqanın Böhranı İdarəetmə İdarəsindən bildirilib.

Baş verən partlayış nəticəsində yaralananların sayı 281 nəfərə çatıb.

Bu barədə Hörmüzqan əyalətinin təcili xidmətləri məlumat yayıb.

Bildirilib ki, onlardan 195 nəfəri Hörmüzqandakı xəstəxanalara yerləşdiriliblər.

Məlumatda ölənlərin sayının hələ ki məlum olmadığı da qeyd edilib.

Partlayışın səbəbi araşdırılır.
Seçilən
61
22
newscenter.az

10Mənbələr