Türkiyənin Konya vilayətində zəlzələ qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə AFAD-ın sosial media səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Cihanbeyli bölgəsində baş verən yeraltı təkan Rixter şkalası üzrə 3.6 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 6.97 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta