Bakı. Trend:
Regionlarda qan ehtiyatlarını artırmağı və yeni bölmələrinyaradılmasını planlaşdırırıq.
Bu sözləri Trend-ə özəl müsahibəsində Respublika Qan Bankınınicraçı direktoru Elxan Nağıyev deyib.
O qeyd edib ki, Səhiyyə Nazirliyi Respublika Qan Bankının əsashədəfi ölkə üzrə qan təminatını etibarlı, dayanıqlı və fasiləsizşəkildə həyata keçirməklə yanaşı, eyni zamanda, könüllü donorluğuntəşviqinə yönəlmiş fəaliyyəti gücləndirməkdir:
"Bu istiqamətdə biz qan toplama və idarəetmə sistemlərini müasirtexnologiyalarla təchiz etməyi, regionlarda qan ehtiyatlarınıartırmağı və yeni bölmələrin yaradılmasını planlaşdırırıq. Paralelolaraq, qan xidmətlərinin daha səmərəli və uzlaşdırılmış şəkildəhəyata keçirilməsi üçün İcbari Tibbi Sığorta sistemi ilə əməkdaşlıqimkanlarının inkişaf etdirilməsi də diqqət mərkəzimizdədir".
Elxan Nağıyevin sözlərinə görə, məqsəd təkcə qan təminatınıdeyil, həm də hər bir həyatın xilasında yüksək keyfiyyətli vətəhlükəsiz qan xidmətlərinin rolunu daha da artırmaqdır.