Gədəbəy rayonunda qadının dəm qazından zəhərlənərək həyatını itirdiyi bildirilir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki , hadisə rayon ərazisində qeydə alınıb. 1980-ci il təvəllüdlü N.M. yaşadığı evin vanna otağında ölü halda tapılıb.
İlkin ehtimallara əsasən, qadının dəm qazından boğularaq öldüyü bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.