AZ

Trampın hədəfi bəlli oldu: Hakimiyyəti varisinə ötürmək üçün bu planı hazırlayır

ABŞ prezidenti Donald Trampın prezidentliyi dövründə əsas məqsədi bəlli olub. O, respublikaçılara hakimiyyəti qorumaq, sonra isə onu varisinə təhvil vermək planını hədəf seçib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu fikri amerikalı politoloq Konstantin Bloxin deyib.

"Hazırda Trampın vəzifəsi gələcək Respublikaçı namizəd üçün zəmin yaratmaqdır. "Trampizmin" gələcəyi Trampın prezidentliyinin nə qədər effektiv olmasından asılı olacaq", - deyə o qeyd edib.

Bloxin əminliklə bildirib ki, Tramp Amerika üçün "ikinci Ronald Reyqan" olmaq istəyir. O, vaxtilə parçalanmış elitanı öz ətrafında birləşdirməyə çalışdı. Politoloq hesab edir ki, eyni zamanda, Amerika lideri Monro Doktrinasının hansısa oxşarını yenidən yaratmaq istəyir.

"Bu, onun ABŞ-ın Qərb yarımkürəsindəki maraqları ilə bağlı səs-küylü bəyanatlarına əsaslanır. Trampın rəhbərliyi altında əvvəllər Rusiya və Avropaya qarşı işləyən USAID də yenidən formatlaşdırılacaq. İndi onun hədəfləri Çin, İran və Latın Amerikası olacaq", - deyə Bloxin fikrini yekunlaşdırıb.

Seçilən
16
4
publika.az

5Mənbələr