AZ

Göygöl qəzasında xəsarət alan sərnişinin SON DURUMU

Xəbər verdiyimiz kimi, Bakı-Qazax yolunun Göygöl rayonu, Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində bir nəfərin ölümü nəticələnən yol nəqliyyat hadisəsi zamanı avtomobildə olan sərnişin, 2002-ci il təvəllüdlü Əli Süleymanov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. 

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, 20.04.2025-ci il tarixində saat 23:00 radələrində 2002-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

“Bud sümüyünün sınığı diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda Travmatologiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır” deyə məlumatda bildirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Seçilən
57
17
bizim.media

10Mənbələr