AZ

Məktəbi qızıl və gümüş medalla bitirənlər universitetə imtahansız qəbul olunur?- İllərlə inanılan yanlışlıq

 

Sovet  dövründə orta məktəbi hamıdan yüksək göstəricilərlə - qızıl və gümüş medallarla bitirən şagirdlərin ali təhsil müəssisələrinə birbaşa və ya güzəştli qəbul olunmaq şansları var idi.

Ali məktəblərə güzəştli qəbul mexanizmi bir neçə il əvvəl bizdə də tətbiq olundu. Bu güzəşt əsasən beynəlxalq fənn olimpiadaları, beynəlxalq musiqi və idman yarışlarında qalib gələn, ölkəmizi uğurla təmsil edən şagirdlərə şamil olundu.

Respublika Fənn Olimpiadalarının qalibləri isə birbaşa deyil, güzəştli şərtlərlə ali məktəblərə qəbul oluna bilərlər.

Moderator.az xəbər verir ki, ümumtəhsil məktəblərində təhsil aldığı müddətdə təhsildə xüsusi nəticələri ilə bərabər, nümunəvi davranışı ilə də fərqlənən şagirdlər qızıl və ya gümüş nişanla təltif olunur.

“Təhsil haqqında” qanun qüvvəyə mindikdən sonra Nazirlər Kabinetinin müvafiq qərarı ilə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunması qaydaları təsdiqlənib. Ötən il bununla əlaqədar Nazirlər Kabinetinin “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası”na dəyişiklik edilib. Dəyişikliyə əsasən, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlar qızıl və gümüş medal deyil, artıq qızıl nişan və gümüş nişanla təltif olunurlar.

 “Aşağıdakı təhsilalanların qızıl və ya gümüş medalla təltifi üçün namizədliyi verilə bilər:

 ümumi orta təhsil səviyyəsini 75 faiz "əla" qiymətlərlə bitirənlər;

 tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75 faizi "əla" olanlar;

 bütün fənlərdən illik qiymətləri "əla" olanlar;

 bu Qaydanın 2-ci bəndində nəzərdə tutulan tələblərə uyğun olanlar.

Təhsilalanların qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyinin verilməsi barədə pedaqoji şuranın qərarı və həmin təhsilalanların fərdi siyahısı Təhsil Nazirliyinin müəyyən etdiyi formada hər il mayın 20-dən gec olmayaraq, yerli təhsili idarəetmə orqanları tərəfindən Təhsil Nazirliyinə təqdim edilir.

Qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyi verilən təhsilalanlardan attestata yazılan yekun qiymətləri yalnız "əla" olanlar qızıl nişanla, attestata yazılan yekun qiymətlərindən ən çoxu ikisi "yaxşı" (tədris dili və riyaziyyat istisna edilməklə) olanlar isə gümüş nişana layiq görülürlər.

Məzunların qızıl və ya gümüş nişanla təltifi Təhsil Nazirliyinin əmri ilə rəsmiləşdirilir. Qızıl və ya gümüş nişana layiq görülmüş təhsilalanların adları oxuduqları məktəbin "Şərəf kitabı"na yazılır. Qızıl və ya gümüş nişan təntənəli şəraitdə təqdim edilir.

1990-cı illərin əvvəllərindən Azərbaycanda orta məktəb məzunlarına qızıl və gümüş medalların verilməsi dayandırılıb. 1992-ci ildə qəbul edilən “Təhsil haqqında” qanunda 11-ci sinif məzunlarına qızıl və ya gümüş medalların verilməsi məsələsi öz əksini tapmadığından şagirdlərin belə medallarla təltifinə də son qoyulub. Amma uzun müzakirələrdən sonra yalnız 2009-cu ildə qəbul edilən “Təhsil haqqında” qanunda bu məsələ yenidən bərpa edilib. Beləliklə, 2011-ci ildən məzunlara qızıl və gümüş medalların verilməsi bərpa edilib. Azərbaycanda şagirdlərə qızıl və gümüş medallar Nazirlər Kabinetinin 2010-cu il yanvarın 14-də təsdiqlədiyi “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası”na əsasən verilir.

 

Seçilən
392
39
moderator.az

10Mənbələr