İranın Təbriz şəhərində Ermənistanın baş konsulluğunun açılması üçün hazırlıq işləri aparılır.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Məlumat veririk ki, hazırda hazırlıq işləri gedir. Nazirlik müvafiq olaraq növbəti dəyişikliklər barədə məlumat verəcək”, - XİN-dən bildiriblər.