Gənc alimlərimizin əməkhaqları ARTIRILMALIDIR - AÇIQLAMA
Elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında gənc alimlərə ev verməkdənsə, onlara yüksək maaç verilməsinin tərəfdarı olduğunu bildirib.
"Gənclərə səlahiyyət vermək daha önəmlidir. Bu gün artıq bizim məzunlarımız xaricdə təhsil alıb geri qayıtmağa başlayıb. Amma geri qayıdıb nə edəcək?Onları geri qaytarıb onlara hansısa texniki işi gördürəcəyiksə bu lazım deyil, onlara müvafiq işlər verilməlidir. Onları ön sıralara çəkməliyik və bundan qorxmamalıyıq".
Məsələ təhsil eksperti Vüsal Kərimov Sonxeber.az-a açıqlama verib.
O bildirib ki, gənc alimlərimizin əməkhaqları çox aşağıdır:
"Hazırda gənc alimlərin dəstəklənməsi ilə bağlı Elmin İnkişafı Fondu var. Onlar burada tətqiqatlarla bağlı layihələr yaza, öz işlərini görə bilərlər. Əlavə vəsait qazana bilərlər. Amma burada müəyyən məsələlər var. Hazırda alimlər ilə digər elm adamları arasında o qədər də fərqlilik yoxdur.
Elmi tətqiqat mərkəzində işləyən gənc alimlərimizin əməkhaqları çox aşağıdır. Bununla bağlı kiçik araşdırma edilsə, gənc alimlərimizin orta aylıq əməkhaqlarının nə qədər olması bilinəcək. Alimlərə ev verilməkdənsə ,mükafatların verilməsi daha məqsədəuyğundur. Onların daha ədalətli ortamda mükafatlandırılması daha yaxşı olar, nəinki ev vermək. Kiməsə ev vermək sovetlərin vaxtında qalıb. Bu artıq düzgün yanaşma deyil. Alimlərə ev verməkdənsə, yaxşı əməkhaqqı və imkanlar vermək lazımıdır. Bu zaman onlar öz evlərini də ala bilərlər, öz şəraitlərinidə yaxşılaşdırsınlar".