Bakı. Trend:
Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 17-dən BakıdanLondonun daha bir hava limanına — Qetvikə reyslərin icrasınabaşlayıb.
Trend xəbər verir ki, “Azərbaycan Hava Yolları” aviaşirkətininLondon Qetvik aeroportuna ilk uçuşunun qarşılanması mərasimindəAzərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov, Qetvikhava limanının aviasiya inkişafı üzrə vitse-prezidenti Stefani Uir,media nümayəndələri, aviaşirkətin əməkdaşları və digər rəsmişəxslər iştirak ediblər.
Aviaşirkət Bakıdan Qetvik hava limanına reysləri həftədə üç dəfə— çərşənbə, cümə və bazar günləri yerinə yetirəcək. Yeni marşrutunaçılması ilə AZAL Bakı ilə London arasında həftəlik uçuşlarınınsayını 6-ya çatdırıb.
Aviaşirkətin uçuş coğrafiyasının genişləndirilməsi çərçivəsindəatılan bu addım sərnişinlərin artan tələbatını qarşılamaq məqsədinidaşıyır.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətinyenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından vəakkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.