"Azərbaycanın mövqeyi açıqdır, beynəlxalq hüquqa əsaslanır və regiona sülhün gəlməsinə xidmət edir. Ermənistanın mövqeyi isə dəyişkəndir. Paşinyan görüşlərdə müzakirələr zamanı özünü sülh tərəfdarı kimi göstərsə də, sonrakı hərəkətləri dediklərinin tamamilə əksi olur. Təbii ki, sülh müqaviləsi hər iki tərəfin razılığı ilə baş tutmalıdır. Əgər Ermənistan sülh istəyirsə, belə bir sənəd imzalana bilər. Amma yenə danışıqları manipulyasiya edərək sülh müqaviləsinin ruhuna zidd hərəkətlərə davam edərlərsə, belə bir sənəd imzalanmayacaqdır".
Deputat bildirib ki, Azərbaycan öz ərazilərində suverənliyi təmin edib və sülh müqaviləsinin imzalanması prosesinə Ermənistan daha çox maraqlı olmalıdır:"Biz öz işimizi görmüşük və gələcəkdə Ermənistanın özünün necə aparmasından asıllı olmayaraq regional əməkdaşlıq platformalarda işimizi davam etdirəcəyik".
Quliyeva Seyranə / Metbuat.az